Almaniyanın xarici işlər naziri Annalena Berbok Suriyanın yeni hakimiyyət orqanlarına maliyyə yardımı göstərmək üçün qadınların hüquqlarına hörmət edilməsini şərt adlandırıb...
Poliqon xəbər verir ki, bu barədə nazir Funke portalına müsahibəsində danışıb.
Nazir vurğulayıb ki, Almaniya islamçı strukturları maliyyələşdirməyəcək.
Yanvarın 5-də Suriyanın yeni hakimiyyət orqanları Berbokun qadın olduğu üçün Dəməşqdəki görüşdən sonra fotosunda onun üzünü gizlədiblər.
2024-cü il noyabrın 28-də Suriyanın silahlı müxalifət qruplarının Hələb vilayətinin qərb bölgələrində hökumət qoşunlarına qarşı irimiqyaslı hücuma keçdiyi açıqlanıb. Onıar Hələb, Homs, Həmanı ələ keçirib və Suriyanın paytaxtı Dəməşqə daxil olublar.
Dekabrın 8-nə keçən gecə müxalifət qrupları Dəməşqi ələ keçirib. Suriya ordusu komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin bitdiyini açıqlayıb. Əsəd Rusiyaya qaçıb və sığınacaq alıb.
Poliqon.info