\"Federal Miqrasiya və Qaçqınlar İdarəsinin miqrantların qorunması ilə bağlı qanunu Suriyada hazırki vəziyyətin sabitləşəcəyi vaxtadək dava edəcək”
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın daxili işlər naziri Nensi Faeser Funke almaniyada yaşayan suriyalıların mühafizəsini nəzərdə tutan qanununun ləğv edilməsi ilə bağlı açıqlama verərkən deyib.
İlk növbədə təhlükəsizlik məsələlərinə diqqət yetirəcəklərini qeyd edən Faeser, \"Yaxşı inteqrasiya olunmuş, işləyən, alman dilini öyrənmiş və burada yeni ev qurmuş hər kəsin Almaniyada qalmasına icazə verilməlidir\" deyə qeyd edib.
Faeser, Almaniyadan getmək istəyən suriyalılara da ölkələrinə qayıtmaları üçün lazımi qaydada dəstək olunacağını bildirib.
Qeyd edək ki, hazırda Almaniyada bir milyona yaxın suriyalı yaşayır.