AZ

Neft-qaz kəmərləri ilə yük dövriyyəsinin həcmi məlum olub

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanda neft kəməri ilə48,2 milyard ton-km yük daşınıb.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü iləmüqayisədə 1,5 milyard ton-km və ya 3% azdır.

Belə ki, 2023-cü ilin ilk 11 ayında ölkədə neft kəməri ilə 49,7milyard ton-km yükün daşınması həyata keçirilmişdi.

Eyni zamanda sözügedən dövr ərzində Azərbaycanda qaz kəməri ilə11,9 milyard ton-km yük daşınıb. Bu isə 2023-cü ilin yanvar-noyabrayları ilə müqayisədə 191 milyon ton-km və ya 1,6% çoxdur.

Qeyd edək ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycandamagistral neft kəmərləri ilə 35,3 milyon ton neft, magistral qazkəmərləri ilə isə 36,3 milyard kub-metr qaz nəql edilib.

Seçilən
43
2
az.trend.az

4Mənbələr