AZ

“Ukrayna danışıqlardan kənarda qalmalıdır” – Amerikalı jurnalistdən açıqlama – ÖZƏL

Amerikalı jurnalist Cekson Hinkl Ukrayna münaqişəsi ilə bağlı istənilən danışıqların yalnız Rusiya və ABŞ arasında aparılmalı olduğunu bildirib. 

Olaylar.az xəbər verir ki, bu barədə o, "RIA Novosti"yə verdiyi müsahibəsində danışıb.

"Ukrayna ümumiyyətlə danışıqlara cəlb edilməməlidir. Fikrimcə, bu, yalnız ABŞ və Rusiya arasında olmalıdır," - deyə jurnalist qeyd edib.

Hinkl vurğulayıb ki, Moskva və Vaşinqton arasındakı qarşıdurma uzun illərdir davam edir və Ukrayna prezidenti Vladimir Zelenski bu münaqişədə sadəcə marionet rolunu oynayır.

"Zelenskinin yerində istənilən digər ukraynalı siyasətçi ola bilərdi. Əsas olan hakimiyyətə gəlmək istəyidir," - deyə jurnalist əlavə edib.

Hinkl hesab edir ki, münaqişənin əsl tərəfləri Rusiya və ABŞ-dir və buna görə də həll yolları məhz onların müzakirələri ilə tapılmalıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr