34 girovun adlarının siyahısı iyul ayında İsrail tərəfindən vasitəçilərə göndərilib.
Bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
"Mediada yayılan girovlar siyahısı HAMAS tərəfindən təqdim edilməyib, İsrail tərəfindən 2024-cü ilin iyulunda vasitəçilərə göndərilib. HAMAS onların statusu ilə bağlı heç bir təsdiq və ya yeniləmə verməyib. İsrail onları vətənə qaytarmaq üçün səylərini davam etdirir", - məlumatda qeyd edilib.