AZ

Ermənistanın real mahiyyəti növbəti dəfə ifşa edilib– ÖZƏL

"İlk dəfə deyil ki, Ermənistanda siyasi şəxslər Azərbaycan xalqına qarşı həyata keçirdiyi müxtəlif səviyyədəki etnik təmizləmələri və soyqırımları etiraf edirlər. Bundan əvvəl Zori Balayanın nifrət dolu düşüncələri öz əsərlərində yer almışdır". 

Bu fikirləri siyasi şərhçi Tural İsmayılov Olaylar.az-a açıqlamasında bildirib:

"Özü də Birinci Qarabağ müharibəsində Serj Sarkisyan, Robert Koçaryan və digər qatillərlə birlikdə günahsız, əliyalın insanlara qarşı bir çox qətliamlarda iştirak etmişdir. Bütün bunları etiraf etsə də, onlara qarşı hər hansısa beynəlxalq təzyiq olmadı. Bu bir daha göstərdi ki, Ermənistan necə faşizm, neofaşit idealar ətrafında toplaşmış dırnaqarası bir dövlətdir. Serj Sarkisyan, Robert Koçaryan və digərlərinin Xocalı soyqırımında iştiraklarını etiraf etmələrinin üzərindən keçən illərdən sonra Levon Ter- Petrosyanı 1990-cı illərin əvvəllərində yayılmış görüntüsünün ortaya çıxmasl bir daha Ermənistanın faşizm təməlləri üzərində qurulmuş dırnaqarası bir dövlət olduğunu, hətta dövlət maskası geyinən, terror təşkilatından ibarət qondarma bir respublika olduğu ortaya çıxmış olur. Bu gün Ermənistanın real mahiyyəti növbəti dəfə ifşa edilmişdir".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
57
olaylar.az

1Mənbələr