AZ

Hafiz Hacıyev Hesablama Palatasının sədrinə OD PÜSKÜRDÜ: Belə məmurların işləməyə mənəvi haqqı yoxdur!

Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun iş otağında bahalı mebeldə tərs asılmış bayrağımızın fotoları yayılıb. Bir məmur kabinetində bayrağımızın tərs asılmasına diqqət yetirmirsə, o necə dövlətə qulluq edə bilər?

Bu barədə Tribunainfo.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, bu gün Azərbaycan məmurlarının əksəriyyəti ya savadsızdır, ya milliyəti milliyətimizdən deyil, ya dövlət məsələlərinə dırnağarası baxırlar.

Hafiz Hacıyevin sözlərinə görə, bu səbəbdən də ölkədə narazılıq, özbaşınalıq baş alıb gedir: “Bu cür insanların əlbəttə ki, orada işləməyə mənəvi haqları yoxdur. Neyləmək olar, hazırda vəziyyət belədir. Bu vəziyyətlə biz barışmalıyıq. Açığı, təəssüf hissi keçiririk. Partiya sədrləri, şəxsən mən prezidentliyyə 4 dəfə namizəd olan bir şəxs kimi millətini, dövlətini sevən bir insan kimi bu hallar məni üzür. Çox da deyə bilmirik. Deyəndə də qınaq obyektinə tuş gəlirik, təzyiqlər olur bizə. Allah ümidinə qalmışıq. Bir o deyil ki… Səfirlərimiz bayraqları tamamilə tərsinə asır, bəzi görüşlərdə heç bilmirlər nə edirlər. Onlar heç bilmirlər ki, biz müstəqilliyimizi necə qazanmışıq. Müstəqillik uğrunda canımızı qoymuşuq. Onlar harınlamış, müftə yeyənlərdir”.


Partiya sədri deyib ki, onlar Azərbaycan millətindən xəbərləri olmayan şəxslərdir: “Bunlar bildiyinizin bir hissəsidir, bilmədiyiniz çox məsələ var. Belə bir həssas dövrdə səbrli olmaq lazımdır. Dövlətçiliyimizin qorunması üçün çox böyük işlər görməliyik. Əl-ələ verib bu işləri aşmalıyıq. Dövlətdən inciyəsi deyilik ki… Azərbaycana bu həssas dövrdə, görürsünüz ki, Qərbdən, Şərqdən, daxildən, bütün hər tərəfdən böyük təzyiqlər var. Cənab Prezidentimiz də bunu dedi. Çox təəssüf hissi keçirirəm ki, məmurların əksəriyyəti ölkədəki vəziyyəti qarışdırmaqdan ötəri hər cür yola gedirlər. Onlar müəyyən qüvvələrlə iş birliyinə gedirlər. Çox şeylər bilirik, ancaq ağzımızı açıb deyə bilmirik. Bu cür məmurların o cür vəzifələrdə oturmasını qəbul edə bilmirəm”.

Seçilən
67
7
tribunainfo.az

10Mənbələr