AZ

Öcalanla görüşənlər bu dəfə Davutoğlu ilə bir arada - FOTO

Dekabrın 28-də PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanla görüşən DEM Partiyasının nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində görüşləri davam etdirir.

Modern.az-ın məlumatına görə, nümayəndələr Türkiyə parlamentinin sədri Numan Kurtulmuş və Öcalanı terror təşkilatını ləğv etməyə çağıran MHP sədri Dövlət Baxçalı ilə görüşdən sonra bu dəfə Gələcək partiyasının sədri, sabiq baş və xarici işlər naziri Əhməd Davudoğlu ilə ilə bir araya gəliblər.

Nümayəndə heyətinin tərkibinə partiyanın keçmiş həmsədri və Van millət vəkili Pervin Buldan, İstanbul millət vəkili Sırrı Süreyya Öndər və keçmiş Mardin Böyükşəhər Bələdiyyə sədri Əhməd Türk daxildir.

Nümayəndə heyətini qapıda qarşılayan Davudoğlunu İzmir deputatı Mustafa Bilici, Bursa millət vəkili Kani Torun, partiyanın Diyarbakır təşkilatının sədri Aydın Altaç və sədr müavini Alaattin Fırat müşayiət edib.

Buldan və Öndər daha sonra parlamentində hakim partiyanın fraksiya sədri Abdullah Gülər ​​ilə görüşəcək, daha sonra partiyanın qərargahında Səadət Partiyasının sədri Mahmut Arıkanı ziyarət edəcəklər. Yanvarın 7-də isə DEVA Partiyasının qərargahında Əli Babacanla, Yenidən Rifah Partiyasının qərargahında isə Fatih Ərbakanla danışıqlar aparılacaq.

Xatırladaq ki, MHP lideri Dövlət Baxçalı oktyabrın 22-də Abdullah Öcalanı Türkiyə Böyük Millət Məclisində təşkilatı ləğv etməyə çağırıb.

Seçilən
57
11
modern.az

6Mənbələr