AZ

Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu xətti tikilir

Yazını böyüt
Yazını kiçilt

Qazaxıstanla Özbəkistan arasında yeni dəmir yolu xətti çəkiləcək. Qazaxıstan Milli Dəmir Yolu Şirkətinin rəsmi saytına əsasən, 2027-ci ildə istifadəyə veriləcək dəmir yolu xətti iki ölkə arasında ixrac həcmini artıracaq.

Hafta.az-ın yazdığına görə, bundan əlavə, iki ayrı layihədən ibarət olan dəmir yolu xətti sərnişin qatarlarının hərəkət sıxlığını da azaldacaq.

İlk layihə Sarıağaş-Daşkənd dəmir yolu üzərində tikiləcək və Sarıağaş stansiyasındakı sıxlığı aradan qaldıracaq.

İkinci layihə Darbaza və Maktaaral xəttinin iki ucqar ərazisi olan Maktaaralski və Jetisunu Qazaxıstanın qalan hissəsi ilə birləşdirəcək.

286 milyard tengelik sərmayə ilə tikiləcək yeni dəmir yolu layihəsində 46 ədəd yol tikinti texnikasından istifadə edilir və layihəyə 70-dən çox insan cəlb olunur. Bundan əlavə, dəmir yolu layihəsi 3400 nəfəri işlə təmin edəcək.

Layihədə Qazaxıstanın payının 85 faiz olduğu bildirilib. Dəmir yolu tikintisində istifadə olunan materialların yerli istehsal olduğu da vurğulanıb.

Seçilən
40
hafta.az

1Mənbələr