AZ

Azərbaycanlı hakim üçün avrokubok təyinatı

Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev bu il ilk avrokubok təyinatını alıb.

İdman.biz xəbər verir ki, o, CEV kubokunun pley-off mərhələsi çərçivəsində qadınlar arasında "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.

Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq.

Qarşılaşmanın digər hakimi Aqnes Batkai-Katona (Macarıstan) olacaq.

Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.

İdman.biz

Seçilən
64
idman.biz

1Mənbələr