Yazını böyüt
Yazını kiçilt
Məşhur türk müğənnisi Orxan Gəncəbay həyat yoldaşı Sevim Əmrə ilə 44 ildir yaşadığı Baltalimanıda dəniz kənarındakı mənzilini satışa çıxarıb.
Hafta.az-ın yazdığına görə, arabesk musiqisinin önəmli simalarından olan Gəncəbayın Boğaziçi mənzərəli mənzili qiyməti ilə diqqət çəkir. Mənzil 160 kvadratmetr olmaqla, 4 yataq və 1 qonaq otağı şəklində dizayn edilib. Boğazın düz kənarında yerləşən bu xüsusi mülkün tələb olunan qiymətinin 107 milyon dollar olduğu iddia edilib.
Gəncəbayın sahildəki mənzili satmaq qərarına həftə sonları yaşanan sıxlıq və səs-küy səbəb olduğu bildirilib. Məşhur sənətçinin daha sakit və dinc yaşayış sahəsi axtardığı öyrənilib.