Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Fuad Ağayev bu il ilk dəfə avrokubok təyinatı alıb.
Apasport.az xəbər verir ki, o, qadınlar arasında CEV kubokunun pley-off mərhələsinin "Türk Hava Yolları" və Belçikanın "Asteriks" klublarının görüşündə iş başında olacaq.
Komandaların cavab oyunu yanvarın 23-də İstanbulda baş tutacaq.
Qarşılaşmanın digər hakimi Aqnes Batkai-Katona (Macarıstan) olacaq.
Ağayev bununla da mövsümdə 3-cü avrokubok görüşünə çıxacaq.
"Gəncə" klubu voleybolçusu ilə yollarını ayırıb
Azərbaycanda qar voleybolu üzrə ilk toplanış
AVF-nin növbəti kursu keçirilib
AVF rəsmiləri “İstanbul Bakı” idman klubunda olublar
“Gəncə”dən inamlı qələbə, “Azərreyl” məğlub olub