AZ

Azərbaycan tarixi təhrif edilməməlidir



Azərbaycan Tarixi Təhrif Edilməməlidir!
Azərbaycan tarixi ilə bağlı çəkilən filmlərdə yanlış xəritələrin və tarixi təhriflərin yer alması yolverilməzdir! Son çəkilən Atabəy Şəmsəddin Eldəniz haqqında filmdə Azərbaycanın tarixi torpaqlarının "Baqrat çarlığı" kimi təqdim edilməsi tarixi gerçəkliklə heç bir əlaqəsi yoxdur.
Filmin 3:12-3:17-ci dəqiqələrində göstərilən xəritədə Göyçə, Naxçıvan, Zəngəzur, Tovuz, Qazax, Şəmkir, Şəki, Dərbənd, Şabran əraziləri üzərində "erməni torpağı" ifadələri yer alıb. Halbuki, bu ərazilər Eldənizlər dövründə Azərbaycanın tərkibində olmuşdur. Əl-İdrisinin xəritələri kimi mənbələrdən istifadə etməyən, savadsızlıq və məsuliyyətsizlik üzündən hazırlanan bu filmlər milli maraqlarımıza ziddir və anti-Azərbaycan təbliğatına yol açır!
Belə bir film çəkilərkən mütləq şəkildə:
1. Tarixçi Alimlər və Mütəxəssislərdən İstifadə Olunmalıdır
Filmin məzmununun tarixi dəqiqliyi təmin edilməlidir. Peşəkar tarixçilər və coğrafiya mütəxəssislərinin iştirakı olmadan belə vacib mövzulara toxunulmamalıdır.
2. Dövlət Resursları Düzgün İstifadə Edilməlidir
Milli televiziya kanalları və dövlət tərəfindən dəstəklənən layihələrdə xalqın tarixi dəqiqliklə əks etdirilməlidir. Təhriflər xalqın inamını sarsıdır və gənc nəsillərə yanlış məlumat ötürür.
3. Ciddi Nəzarət Mexanizmi Yaradılmalıdır
Belə filmlərin çəkilişi zamanı dövlət idarələri, o cümlədən Mədəniyyət Nazirliyi, Azərbaycan Tarixi Muzeyi və digər aidiyyəti qurumlar nəzarət etməli, təsdiqlənməmiş materialların yayılmasına icazə verilməməlidir.
Azərbaycan tarixinin təhrif edilməsinə və ərazi bütövlüyümüzün şübhə altına alınmasına şərait yaradanlara cavabdehlik tələb edirik!
Biz tarixi doğru bilməli, gənc nəsillərə düzgün ötürməli və milli maraqlarımızı hər zaman qorumalıyıq!

Rəfail Eminov
Seçilən
69
newscenter.az

1Mənbələr