AZ

Almaniya Ukraynaya kömək etməyə davam edəcək, lakin həcm azalacaq

Almaniya Ukraynaya hərbi və iqtisadi yardım göstərməyə davam edəcək, lakin ötən illə müqayisədə həcmlər azalacaq.

“Almaniya Federativ Respublikası Kiyevə iqtisadi və hərbi dəstək verməyə davam edəcək , lakin yardımın həcmi 2024-cü ildəkindən daha az olacaq”, – RİA Novosti “Rusiya və Dünya: 2025” illik proqnozuna istinadən yazır.

Qeyd olunur ki, Berlin Kiyevə 40-a yaxın “Leopard 1” tankı, “Gepard” özüyeriyən silahı, 15-ə yaxın İRİS-T hava hücumundan müdafiə sistemi, “Dachs” mühəndis tankları, pilotsuz təyyarələr və mərmilər ötürmək niyyətindədir.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Rusiya prezidenti Vladimir Putinə Almaniyanın Ukraynaya yardım etmək niyyəti barədə xəbərdarlıq etdiyini bildirib.

DOĞRU.AZ

Seçilən
28
dogru.az

1Mənbələr