AZ

AKP-dən DEM Partiyasının həmsədrinin təhdidinə sərt reaksiya: "Bunlar Öcalını İmralıya basdıracaqlar"

DEM Partiyasının həmsədri Tülay Hatimoğullarının Öcalanla bağlı "Ya sülhü müsbət şəkildə davam edəcək, ya da Türkiyədə hər yer Qəzza olacaq” sözləri öljkədə böyük etiraz yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun bu sərsəm təhdidinə AK Partiyanın ağır toplarından sayılan sabiq deputat Mehmet Metiner də sərt reaksiya verib.

DEM Partiyasının həmsədrinin ölkədə barış mühitinin yaradılması üçün başlanan prosesi sabotaj etməkdə ittiham edən Mehmet Metiner yazıb: "Bu, tam təxribatdır. Əgər DEM belə düşünürsə, İmralı danışıqlarının daşıyıcı aparatı olmasına ehtiyac yoxdur. DEM-in təmsilçiliyi problemlidir. İmralı və barış prosesi bu anlayışla həyata keçiriləcəksə, o zaman hazırkı addımlar vaxt itkisidir, çünki bu dil sülhün həllin dili deyil, sabotajdır”.

AKP-çı bildirib ki, nə qədər ki, Əsəd qalıqları DEM Partiyası adından danışacaq vəziyyətdədir, Ocalana çıxış da olmayacaq: "Öcalan PKK-dan əvvəl DEM-i dağıtmalı və dərhal yeni partiya qurmalıdır. Əks halda Əsəd qalıqlarının nəzarəti altında olan DEM əvvəlcə Öcalanı İmralıda dəfn edəcək”

Firudin Səfərli
MİA.AZ

Seçilən
48
1
mia.az

2Mənbələr