Suriyanın yeni hakimiyyət orqanları ölkənin şimalında yerləşən Kürdüstan Fəhlə Partiyasının (PKK) silahlılarından qeyd-şərtsiz silahı yerə qoymağı tələb edib.
Publika.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Dəməşqdə yeni hakimiyyət nümayəndələri ilə PKK arasında iki görüş baş tutub. Yeni hakimiyyət PKK-dan silahı yerə qoymağı tələb edib.
Ərəb Respublikasının şimalındakı neft yataqları ABŞ və PKK ilə birlikdə idarə olunur.