AZ

"Fənərbaxça" tribunasında bölünmə: Azarkeşlər arasında dava düşüb - VİDEO

Super Liqanın XVIII turunda "Fənərbaxça" "Hatayspor"u 2:1 hesabı ilə məğlub edib. 

Apasport.az xəbər verir ki, “Ülkər” stadionunda keçirilən matçda azarkeşlər arasında dava düşüb. 

Belə ki, "sarı-lacivərdlilər"in bir qismi rəhbərliyi istefaya səsləyən şüarlar səsləndiriblər. Bundan sonra Ali Koçu dəstəkləyənlər və istefa şüarları səsləndirənlər arasında azarkeşlər arasında gərginlik yaşanıb.

Tribunada gərginlik yaşayan "Fənərbaxça"lı azarkeşlər daha sonra öz aralarında dava ediblər.

Polis müdaxiləsindən sonra tərəflər sakitləşib. 

Qeyd edək ki, sosial şəbəkələrdə paylaşım edən “Fənərbaxça” azarkeşləri matçdan əvvəl tribunalara asmaq istədikləri “Ali Koç istefa” plakatlarının təhlükəsizlik əməkdaşları tərəfindən stadiona buraxılmadığını iddia ediblər.

Acun Ilıcalı: “Qalatasaray” liqada açıq-aşkar irəli çəkilir"

İbrahimoviçdən “Milan”a məsləhət

Salah Suarezi geridə qoydu

Türkiyə millisinin sabiq üzvü vəfat edib

Sergen Yalçından "Beşiktaş" qərarı

Seçilən
77
22
apasport.az

10Mənbələr