AZ

Xorvatiya Azərbaycandan neft alışını kəskin artırıb

Bakı. Trend:

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Xorvatiyaya873,4 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.

Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü iləmüqayisədə dəyər ifadəsində 338,4 milyon ABŞ dolları və ya 63,2%,həcm ifadəsində isə 544,5 min ton və ya 61,1% çoxdur.

Bununla da, dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neftixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, sözügedən dövr ərzində bitumlu süxurlardan alınmışxam neft və xam neft məhsulları Azərbaycandan ən çox İtaliyayaixrac edilib. Belə ki, ötən ilin yanvar-noyabr aylarında İtaliyayaAzərbaycandan 6,1 milyard ABŞ dolları dəyərində 9,9 milyon ton neftidxal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyərbaxımından 517,5 milyon ABŞ dolları və ya 7,8%, həcm baxımından isə581,4 min ton və ya 5,6% azdır.

Seçilən
84
50
az.trend.az

10Mənbələr