AZ

Fərdi Tayfurun mirası heyrətə səbəb oldu


Xəbər verdiyimiz kimi Türkiyənin məşhur müğənnisi Fərdi Tayfur 79 yaşında dünyasını dəyişib.
Yeniavaz.com
Haberler.com-a istinadla xəbər verir ki, dəbdəbədən uzaq, təvazökar bir həyat sürən arabesk musiqisinin əfsanəsi ölümündən sonra geridə qoyduğu sərvət heyrətə səbəb olub.
Belə ki, onun İstanbul, Adana və Marmarisdə böyük sərmayələrin sahibi olduğu üzə çıxıb.
1981-ci ildə Marmarisdə film çəkən Tayfur şəhərə sərmayə qoymağı qərara alıb. O, sərmayələrinə Marmarisin İçmeler bölgəsində hovuzlu villa almaqla başlayıb və müxtəlif daşınmaz əmlak, həmçinin yarımada sahibi olmaqla davam edib.
79 yaşında dünyasını dəyişən Tayfurun sərmayələri bununla da məhdudlaşmayıb. Onun İstanbulun müxtəlif rayonlarında 6 villa və 30 mənzil, Adanada isə 50 mənzil aldığı məlum olub.
Tikinti sahəsində də mühüm ortaqlıqları olan Tayfurun bu sahəyə qoyduğu sərmayələrin təfərrüatları tam məlum deyil.
Həmçinin, məşhur sənətçinin mirasının kimə qalacağı və necə bölüşdürüləcəyi ilə bağlı dəqiq məlumat yoxdur.  
Qeyd edək ki, müğənninin 5 övladı var.
Seçilən
63
1
yeniavaz.com

2Mənbələr