AZ

Nevill MY-yə tərif yağdırdı: "Möhtəşəm çıxış izlədik"

"Mançester Yunayted"in sabiq müdafiəçisi, hazırda futbol eksperti qismində fəaliyyət göstərən Qari Nevill "qırmızı şeytanlar"ın İngiltərə Premyer Liqasının (İPL) 20-ci turunda səfərdə "Liverpul"la 2:2 hesablı heç-heçə etməsinə münasibət bidirib.

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, Nevill belə danışıb:

"Bu, "Mançester Yunayted"in Ruben Amorimin rəhbərliyi altında ən yaxşı çıxışı idi. Axı MY "Enfild"də hazırda ölkənin ən yaxşı komandası olan "Liverpul"la üz-üzə gəldi. Məncə, "Mançester Siti" üzərində qazanılan qələbə də bu nəticənin kölgəsində qalır. Razılaşaq ki, "Siti" indiki dönəmdə ideal formasından çox uzaqdır.

"Yunayted" "Liverpul"la oyunda möhtəşəm göründü və sərgilədiyi performans ilə qələbəyə layiq idi. Bu, heç bir MY azarkeşinin ağlına gəlməyən nəticə və çıxış oldu. Maynu, Uqarte, Fernandeş orta xətdə Qravenberx, Cons və Mak Allisterə qarşı əla mübarizə apardılar. Arxa "cəbhə" isə ən yaxşı adlandırılmalıdır. Möhtəşəm çıxış izlədik".

Nihat

Seçilən
36
fanat.az

1Mənbələr