''Football-plus.az'' xəbər verir ki, məşhur forvard bu günlərdə Kamila Anxelo ilə ailə həyatı qurub. Onların iki övladı var. Xatırladaq ki, Halk Kamilaya görə əvvəlki həyat yoldaşı, 3 uşağının anası İran Anxelodan boşanıb. Onların 12 illik evliliyi 2019-da başa çatmışdı. Bu olayın ən diqqətçəkən tərəfi odu ki, aralarında 10 yaş fərq olmasına baxmayaraq İran Anxelo Kamila Anxelonun xalası! Hətta onlar əvvəllər çox yaxın olublar.
İran Anxelo keçmiş həyat yoldaşının ailə qurduğu gün diqqətçəkən paylaşım edib. Anasının ölümünün üstündən 7 il ötdüyünü xatırladan bu xanım bunları yazıb:
''Bu gün qəbul edilməsi çox çətin olan, gözləmədiyimiz insanlardan gələn xəyanətin nə qədər irəli gedə biləcəyini göstərən bir gündü. Anam həyatda olsaydı, əminəm ki, bu cür canavarlığa tab gətirə bilməzdi. Onun sevgisi ilə böyüyən bir nəvənin öz ailəsinə bu dərəcədə xəyanət etməsi qəbul olunması mümkünsüz olan bir zərbə olardı''.
Halkdan olan 14 yaşlı oğlu ilə gəmi gəzintisinə çıxan İran ona da bir paylaşım həsr edərək ''keçəcək oğlum! Hər şey düzələcək. Səni sonsuza qədər sevirəm'' sözlərini yazıb. Uzun illərdi, bu Amerika seriallarını xatırladan şəxsi həyatı ilə gündəmdə olan 38 yaşlı Halk isə bunları yazıb:
''Ən yaxşı şey Tanrı tərəfindən qorunmaqdı. Çünki bütün həqiqətləri yalnız o bilir''.
Tam adı Civanildo Vieyra de Souza olan və daha öncə Avropada ''Portu'' ilə ''Zenit''in heyətində populyarlıq qazanan Halk 2021-dən ''Atletiko Mineyro''nun şərəfini qoruyur.
ƏLİ