Belə ki, Eyyubov bundan sonra millidə Fernando Santuşa kömək edəcək. Portuqaliyalı mütəxəssis aylardı boş qalan yerli mütəxəssis postunu onunla dolduracaq. AFFA İcraiyyə Komitəsinin yaxınlarda keçiriləcək iclasında təqdimat reallaşacaq.
Bəs AFFA Rəşad Eyyubovla rəsmi müqavilə bağlayıbmı?
Dəqiq bilgi almaq üçün gənc mütəxəssislə əlaqə saxlamağı lazım bildik. Onun “Football-plus.az”ın sualına cavabı isə belə oldu:
“Bu barədə şərh verə bilmərəm. Məndən xahiş ediblər. Bağışlayın...”.
Müsahibimiz xəbəri təkzib etmədi, deməli, yığmada yerli məşqçi Rəşad bəy olacaq. Necə deyərlər, “od olmayan yerdən tüstü çıxmaz”.
RÖYANƏ OĞUZ