AZ

Almaniyada Milad bazarındakı hücumda ölənlərin sayı 6 nəfərə çatıb

Dekabrın 20-də Almaniyanın Maqdeburq şəhərində Milad bazarına edilən hücumda ölənlərin sayının 6-ya yüksəlib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hücumdan sonra xəstəxanaya qaldırılan 52 yaşlı qadın həyatını itirib.

Milad bazarında avtomobilin hücumu nəticəsində 9 yaşlı uşaq da daxil olmaqla 5 nəfərin öldüyü, 200-dən çox insanın yaralandığı daha əvvəl bildirilmişdi.

Hücumdan sonra saxlanılan Səudiyyə Ərəbistan əsilli həkim Taleb əl-Abdulmohsen dekabrın 22-də həbs edilib.

Hücumla bağlı istintaq davam edir.
 
Cəmalə
Seçilən
49
azxeber.com

1Mənbələr