“Zəngəzur dəhlizi qətiyyən siyasi məsələ deyil, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir”.
Missiya.Az “Azad İran” “Teleqram” kanalına istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi brifinq zamanı deyib.
“İranın mövqeyi dəyişməz olaraq qalır. İran nəqliyyat sektorunda əməkdaşlığın genişləndirilməsini alqışlayır, lakin vurğulayırıq ki, ölkələrin suveren hüquqlarına hörmət edilməlidir", - deyə, siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, İran nümayəndə heyəti Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq üçün tezliklə Türkiyəyə yola düşəcək.
Daşqın HəsənovMissiya.Az