AZ

Medvedev Zelenskiyə cavab verdi – Və Rusiya ilə faşist Almaniyasını eyniləşdirdi

Ukrayna Prezidenti Volodimir Zelenskiyə “bütün Rusiya xalqı nifrət edir”.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “VKontakte” sosial şəbəkəsində Ukrayna liderinin amerikalı bloqer Leks Fridmanla müsahibəsini şərh edərkən yazıb. Xatırladaq ki, həmin müsahibədə Zelenski Ukraynaya qarşı işğala qalxdığı üçün “nə Putinə, nə də rus xalqına hörmət etmədiyini” deyib.

Medvedev hesab edir ki, buna görə Zelenskidən qisas alınmalıdır: “Xalqımızın indiki Bandera Ukraynasının qeyri-qanuni liderindən şəxsi qisası onun vəzifədən kənarlaşdırılmasından sonra da bitməməlidir”.

Medvedev deyib ki, Zelenski Rusiya xalqına qarşı hörmətsizlik sözləri ilə “müharibə aparan ölkələr arasında standart siyasi qaydaları pozub”. Onun fikrincə, müharibə aparılan ölkənin hakim rejimini təşkil edən siyasi elitaya son dərəcə mənfi qiymət vermək olar, bütün xalqa isə yox. Maraqlıdır ki, bu zaman Medvedev özü də bilmədən Putin Rusiyasını Hitler Almaniyası ilə eyniləşdirib: “Ordunu, hökmdarları, partiyaları, biznesi lənətləyə bilərsiniz, amma bütün insanları yox. Bu, hətta nasist Almaniyası ilə bağlı da belə idi. Nasistlər cinayətkardırlar, ancaq bütün insanlara nifrət edə bilməzsiniz...”

“AzPolitika.info”

Seçilən
42
azpolitika.info

1Mənbələr