Qazaxıstan, Qırğızıstan və Hindistanda metapnevmovirus infeksiyası halları təsdiqlənib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Qazaxıstanda 30, Qırğızıstan və Hindistanda hər birində 2 yoluxma halı aşkarlanıb.
Profilaktik tədbirlər çərçivəsində əhalini izdihamlı yerlərdən uzaq durmağa və təmasları məhdudlaşdırmağa çağırılır.