Rusiya ordusu Ukraynanın daha bir şəhərini ələ keçirdiyini iddia edib.
Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, rus qoşunları Kuraxovoya tam nəzarət edir. Qeyd olunur ki, şəhər uğrunda döyüşlər 2024-cü ilin payızından gedir.
Nazirliyin məlumatına görə, Kuraxovo Donetsk vilayətinin cənub-qərbindəki “ən böyük" şəhərdir.
2022-ci ilə qədər şəhərdə 18 mindən bir qədər çox insan yaşayırdı.
Ukrayna komandanlığı hələlik Kuraxovun itkisini təsdiqləməyib. Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının səhər hesabatında bildirilir ki, son 24 saat ərzində bu istiqamətdə düşmənin 27 hücumu dəf edilib.