“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim İngiltərə Premyer Liqasının 20-ci turunda “Liverpul”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az BBC-nin “Sky Sports” dərgisinə istinadı əsasında, portuqal mütəxəssisin 2:2 hesabıyla yekunlaşmış oyun barədə fikrini təqdim edir:
“Mətbuatın gözləntiləri bizim gördüklərimizdən çox fərqli idi. Digər oyunlara görə daha çox əsəbiləşirəm, bu da mənim, bəzi xüsusları başa düşməyimi daha da çətinləşdirir. Söhbət sistemdən, texnikadan yox, başqa bir xüsusdan gedir və bunu, məşqçinin başa düşməsi çətindir.
Bu, bir məqamdır və düşünürəm ki, biz “Nyukasl”a qarşı oyunda (0:2) olduğumuzdan daha qəzəbli və məyus olmalıyıq. Biz həqiqətən məyus olmalıyıq və mən sakitləşib doğru xüsusları dilə gətirməliyəm. Biz çətin vəziyyətdəyik. Bu vəziyyətdən çıxmaq üçün hələ çox mübarizə aparmalıyıq.
Həqiqətən rəqabətəqadir olmağımız irəliyə doğru həlledici amildir. Mən bu oyundan razıyam, nəticədən isə razı deyiləm, amma qalan oyunlara görə çox, çox əsəbləşirəm”, deyə Amorim vurğulayıb.
Xal itkisinə rəğmən, 19 oyundan 46 xalla “Liverpul” İngiltərə Premyer Liqasının yarış cədvəlinin zirvəsindəki mövqeyini qoruyur. “Mançester Yunayted” isə 20 oyundan 23 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.