Nazirliyin mətbuat katibi İradə İbrahimova Ajans.az-a bildirib ki, həmin ərazidə şam ağaclarına düşən xəstəlik səbəbindən ağacların kütləvi quruması prosesi baş verib, xəstəliyin ətrafdakı digər sağlam ağaclara keçməməsi məqsədilə qurumuş ağacların götürülməsinə zərurət yaranıb:
"Ətrafdakı digər sağlam ağacların yoluxmasının qarşısının alınması məqsədilə qurumuş ağacların bir hissəsi artıq götürülüb. Hazırda ərazidəki digər qurumuş ağacların götürülməsi işləri aparılır, quru ağaclar Regional Meşə Təsərrüfatı Mərkəzinin işçiləri tərəfindən təmizlənərək ərazidən daşınır. Sahədə kəsilmiş ağacların yerinə mərhələli şəkildə yerli iqlim şəraitinə uyğun yeni ağaclar əkilir. Hətta dekabrın sonlarında həmin ərazidə yerli icra orqanları ilə birgə ağacəkmə aksiyası keçirilib. Hazırda da yeni ağacların əkilməsi prosesi davam edir”.