Tbilisi, 6 yanvar, AZƏRTAC
ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kauma yanvarın 8-də Gürcüstana nəzərdə tutulan səfərini qeyri-müəyyən vaxta təxirə salıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Pia Kauma “X” sosial şəbəkə hesabında yazıb.
O qeyd edib: “Müzakirələr və məsləhətləşmələr nəticəsində Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakı ilə daha təsirli ola biləcək bir vaxta qədər təxirə salmaq qərarına gəldim. Biz hamını dinləməyə və ATƏT/DTİHB-nin seçki tövsiyələrinin həyata keçirilməsində yardım təklif etməyə hazırıq”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi