AZ

“PASHA Bank Hackathon 2024” müsabiqəsinin qalibləri elan olundu (FOTO)

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”texnologiya və bankçılıq sahəsində yenilikləri təşviq etməkməqsədilə keçirdiyi “PASHA Bank Hackathon 2024” müsabiqəsini başaçatdırıb.

23-25 dekabr 2024-cü il tarixlərində keçirilən hakatonistedadların cəlb olunmasını, yeni biznes yanaşmalarının tətbiqinivə müştəri ehtiyaclarına uyğun məhsulların yaradılmasınıhədəfləyirdi. “PASHA Bank Hackathon 2024” çərçivəsində 10 finalçıkomanda, Azərbaycan bank sektorundakı trendləri, bazarın mövcudimkanlarını təhlil edərək, bankçılıq sahəsindəki çağırışlara cavabverən ideyalar və həllər təqdim ediblər.

“PASHA Bank Hackathon 2024” müsabiqəsinin nəticəsi olaraq,fərqli kateqoriyalar üzrə göstəriciləri ən yüksək olan 3 komandaqalib elan edilib və ümumilikdə 16,000 AZN məbləğində pul mükafatıtəqdim olunub:

1-ci yer: “Team 222” komandası – 8,000 AZN

2-ci yer: “AlfinX” komandası – 5,000 AZN

3-cü yer: “404” komandası –3,000 AZN

“PAŞA Bank”, Azərbaycanın maliyyə sektorunda qabaqcıltexnologiyaların və innovativ biznes yanaşmalarının inkişafınıdəstəkləməyə davam edəcək.

Seçilən
35
4
az.trend.az

5Mənbələr