AZ

“Türkiyə bölgədə istənilən oyunu pozacaq” - Hakan Fidan

“Kürd qardaşlarımızın nəcib hisslərindən istifadə edərək üzərində qurduqları zorakılıq imperiyası dağılmaq üzrədir”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Aymen əs-Safedi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.

O, bildirib ki, Suriyada PKK/YPG məsələsinin aradan qaldırılmasının an məsələsi olduğuna inanırıq.

“Qərb dövlətlərinin bölgədə ambisiyaları fərqlidir. İŞİD-i bəhanə edərək PKK-nı gücləndirməklə başqa siyasətə xidmət etmək istəyirsinizsə, bunun da yolu yoxdur. Biz istənilən oyunu poza biləcək vəziyyətdəyik”, - deyə Fidan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
57
missiya.az

1Mənbələr