Fransada Florian qasırğası səbəbindən 19 əyalətdə xəbərdarlıq səviyyəsi narıncıya yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, Fransa meteorologiya agentliyi Meteo France, Atlantik okeanı sahillərindən gələn Florian qasırğasının ölkənin şimalındakı Vende əyalətindən başlayaraq paytaxt Paris də daxil olmaqla, İle-de-Fransa bölgəsinə təsir edəcəyini bildirib.
Fırtına səbəbiylə Men-et-Luara, İndre-et-Luara, Sarthe, Luara-et-Cher, Loiret, Eure-et-Luara, Yvelines, Essonne, Val-d'Oise, Sene-Saint-Denis, Val-de - Marne, Hauts-de-Seine, Paris, Seine-et-Marne, Aisne, Marne, Meuse, Ardennes və Loire et Rhone-də narıncı həyəcan siqnalı verildi.
Sürətinin saatda 110 kilometrə çatdığı təxmin edilən "Floriane" qasırğasının axşam saatlarına qədər təsirini davam etdirəcəyi gözlənilir.