AZ

Türkiyə müdafiə sənayesi 7.2 milyard dollarlıq satış edib – İxrac 30 faiz artıb

Türkiyənin müdafiə sənayesi və aerokosmik sənayesinin ixracı hər il təxminən 30% artaraq 2024-cü ildə yeni rekord həddə - 7,2 milyard dollara çatıb.

“AzPolitika” xəbər verir ki, bu barədə Türkiyənin ingilisdilli “Daily Sabah” nəşri yazıb.

Müdafiə Sənayesinin rəhbərlərindən olan Haluk Görgün X platformasında bildirib ki, bu nailiyyət ilin müdafiə ixracı hədəfi olan 6,5 milyard dolları 11% üstələyir. “2024-cü ildə NATO və xidmət xərcləri də daxil olmaqla müdafiə və aerokosmik sənayemizdə ixracatımız 29% artaraq 7,154 milyard dollara çatıb və yeni rekord əldə edib”, - deyə Görgün bildirib.

Qeyd edək ki, Türkiyənin hərbi sənayesinin məhsullarından yalnız “Bayraktar TB2” dronu 50 ölkə tərəfindən alınıb.

“AzPolitika.info”

Seçilən
22
azpolitika.info

1Mənbələr