AZ

Bayden ABŞ sahillərində neft və qaz qazmalarına qadağa tətbiq etdi – ÖZƏL

ABŞ Prezidenti Co Bayden Atlantik və Sakit okean sahillərində neft və qaz yataqlarının qazılmasına rəsmi qadağa tətbiq edib. 

Olaylar.az xəbər verir ki, bu barədə Amerika Administrasiyasının yaydığı bəyanatda məlumat verilib.

Baydenin sözlərinə görə, bu qərar ərazilərin ekoloji zərərlərdən qorunması məqsədilə qəbul edilib. Prezident qazma işlərinin ətraf mühitə ciddi zərər yetirə biləcəyini vurğulayıb:
"Mən şərq və qərb sahillərini, Meksika körfəzinin şərq hissəsini və Alyaskanın Berinq dənizinin şimalını qazma işlərindən və onun gətirə biləcəyi zərərlərdən qorumaq üçün tədbirlər görürəm... Bu riskə dəyməz," - deyə Bayden bildirib.

Bu addım Bayden administrasiyasının ekoloji təhlükəsizlik məsələlərinə verdiyi əhəmiyyətin növbəti nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
47
olaylar.az

1Mənbələr