Jurnalist Nərmin Rəhimova və Günel Əhmədova Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsində baş məsləhətçisi vəzifələrinə təyinat alıblar.
Ölkə.Az xəbər verir ki, onlar bu barədə öz "Facebook" hesabında məlumat veriblər.
Qeyd edək ki, N.Rəhimova bundan öncə APA, Report, Turanbank, "Bloom Group"da çalışıb.
G.Əhmədova isə son olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan "Aztelekom" MMC-nin kommunikasiya bölməsində işləyib.
Ölkə.Az
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta