AZ

Əmək Müfəttişliyi Prokurorluğu cərimələdi

Dövlət Əmək Müfəttişliyi Xidməti Nərimanov Rayon Prokurorluğunu cərimələyib. 

"Qaynarinfo"nun məlumatına görə, prokuroluğa İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə cərimə yazılıb. 

Bu maddə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsi ilə bağlıdır. 

Maddədə inzibati cəza növü kimi 1000 manatdan 1500 manatadək məbləğdə cərimə nəzərdə tutulur. 

Nərimanov Rayon Prokurorluğu qərardan məhkəməyə şikayət verib. 

Şikayətə Nərimanov Rayon Məhkəməsində baxılacaq. Sevinc Quliyeva iş üzrə hakim təyin edilib. 
Seçilən
43
arqument.az

1Mənbələr