AZ

Maskdan Britaniya ilə bağlı çağırış

Amerikalı sahibkar İlon Musk ABŞ-ın Böyük Britaniya xalqını baş nazir Keir Starmerin “tiran hökumətindən” azad etməli olduğunu bildirib.

“İki sahil” RT-yə  istinadla xəbər verir ki, Mask bu haqda X hesabında paylaşım edib.

"Amerika Böyük Britaniya xalqını tiran hökumətdən azad etməlidir" - deyə, o qeyd edib.

Mask həmçinin sorğunun nəticələrini açıqlayıb ki, respondentlərin 60%-dən çoxu onunla razılaşıb.

Bu günə qədər sorğuda 500 mindən çox istifadəçi iştirak edib.

Seçilən
56
ikisahil.az

1Mənbələr