ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana planlaşdırılmış səfərini təxirə salıb.
Missiya.Az xəbər verir ki, bu barədə siyasətçi özünün “X” sosial media hesabında məlumat yayıb.
“Müzakirələrdən və vəziyyətin diqqətlə təhlilindən sonra Gürcüstana səfərimi təxirə salmaq qərarına gəldim ki, ATƏT Parlament Assambleyasının iştirakı daha təsirli olsun. Biz hələ də bütün tərəfləri dinləməyə və ATƏT-in tövsiyələrinin icrasına dəstək verməyə hazırıq”, - deyə Kauma vurğulayıb.
Qeyd edək ki, Pia Kaumanın Gürcüstana səfəri yanvarın 8-nə planlaşdırılmışdı.
Daşqın HəsənovMissiya.Az