ABŞ-ın Suriyaya humanitar yardım məhdudiyyətlərini yumşaltmaq qərarı ilə bağlı açıqlama verəcəyi iddia edilib.
Publika.az xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb.
Xəbərdə Co Bayden administrasiyasının həftə sonu məhdudiyyətlərin yumşaldılmasını təsdiqlədiyi bildirilib.
Qərarla ABŞ Maliyyə Nazirliyi əsas ehtiyacları ödəyən yardım qruplarına və şirkətlərə istisnalar verə biləcək.