İslamabad, 6 yanvar, Hilal Əhməd, AZƏRTAC
Pakistanın paytaxtı İslamabadda “Bakıdan Belenə gedən yol” adlı Post-COP29 dialoqu keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Pakistan Baş nazirinin iqlim dəyişikliyi və ətraf mühit üzrə koordinatoru Romina Xurşid Alam da iştirak edib.
Bakıda keçirilən COP29-da əldə olunan nailiyyətlərin beynəlxalq karbon ticarəti qaydalarına sadiqliyini vurğulayan koordinator Azərbaycanın bu tədbirə ev sahibliyini yüksək qiymətləndirdiyini söyləyib. Romina Xurşid Alam çıxışı zamanı karbon bazarı üçün güclü monitorinq və qiymətləndirmə sistemlərinə ehtiyac olduğunu qeyd edib. O, Pakistanın bərpaolunan enerji, meşələrin salınması və şəhərlərin inkişafı təşəbbüsləri ilə bağlı transformativ dəyişiklikləri idarə etmək üçün unikal mövqedə olduğunu bildirib.