AZ

Luis Suares bir adamı intihar etməkdən xilas etməyə kömək etdi

“İnter Mayami”nin uruqvaylı ulduzu, mərkəz hücumçusu Luis Suares bir kişini intihardan xilas etməyə köməklik göstərib.

Arena.az bu barədə “A Bola” dərgisinə istinadən məlumat verir.

Hadisə yeni ildə, yanvarın 3-də Uruqvayın Syudad-de-la-Kosta şəhərinin Laqomar bölgəsində baş verib. Yerli vaxtla saat 23:00 radələrində 49 yaşlı kişi məişət zorakılığı ilə mübarizə şöbəsinə zəng edərək intihar niyyətini bildirib və bundan sonra telefondan qurtulub. Ardınca isə kişi 6 metr hündürlüyündə, çatması çətin olan ağaca dırmaşaraq, tələbini irəli sürüb – arvadını görməyə icazə verilsin.

Hadisə yerinə dərhal, psixi sağlamlıq üzrə təcili yardım dəstəsi gəlib, kişiyə dəstək gösətərilib və hündürlükdə təhlükəsiz saxlanması təmin edilib. Bu hadisənin yaşandığı vaxt, məzuniyyət məqsədilə vətəninə gəlmiş Luis Suares orada, Laqomarda olub. Baş verənlərdən xəbər tutmuş futbolçu kişi ilə danışmaq üçün ağaca tərəf gedib və onu intihar fikrindən daşındırmağa çalışıb. Suaresin cəhdi uğurla başa çatıb. Ağacın zirvəsində 18 saat keçirdikdən sonra, kişi nəhayət daşı ətəyindən tökməyə razılaşaraq, yerə enib. Ardınca kişi psixiatrik müayinəyə göndərilib.

Luis Suares isə ətrafdakı insanların təşəkkürünü qazanıb və təvazökarlıqla susub. Hadisə barədə şahidlər mətbuatı məlumatlandırıblar.

Seçilən
59
arena.az

1Mənbələr