AZ

Keçmiş prezidet və daha 12 nəfərin məhkəməsi başlayır

Keçmiş

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi və daha 12 nəfər yanvarın 6-da Paris Cinayət Məhkəməsi qarşısına çıxacaq. Məhkəmə prosesi Nikolya Sarkozinin 2007-ci il prezidentlik kampaniyasının Liviya tərəfindən mümkün maliyyələşdirilməsi işi üzrə keçiriləcək.

Reyting.az
xarici KİV-lərə istinadla bildirir ki, 69 yaşlı siyasətçi passiv korrupsiyada, kampaniyanın qanunsuz maliyyələşdirilməsində və Liviya dövlət vəsaitlərinin sui-istifadəsini gizlətmək ittihamları ilə mühakimə olunur.

Sarkozidən başqa, işdə 12 müttəhim var, o cümlədən üç keçmiş nazir - Klod Quehan, Bris Hortefio və Erik Vert, həmçinin vasitəçilikdə şübhəli bilinən iki iş adamı - Ziyad Takikəddin və Aleksandr Cuhri.

Paris Cinayət Məhkəməsində 2025-ci ilə təyin edilmiş məhkəmə prosesi müasir Fransa tarixində ən əlamətdar hadisələrdən biri olacağını vəd edir.

Qeyd edək ki, N. Sarkozi ona qarşı irəli sürülən ittihamları qəti şəkildə rədd edərək, 2007-ci ildəki qalibiyyət kampaniyasını maliyyələşdirmək üçün keçmiş Liviya diktatoru Müəmmər Qəddafi rejimindən bir sent də almadığını bildirir.

ELÇİN
Seçilən
74
2
reyting.az

8Mənbələr