Hurriyyet.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kauma Gürcüstana səfərini təxirə salıb. Bu barədə o, X şəbəkəsində məlumat verib: "Müzakirələrdən və məsələni diqqətlə nəzərdə keçirdikdən sonr Gürcüstana səfərimi ATƏT Parlament Assambleyasının iştirakının daha effektli olduğu vaxta qədər təxirə salmağı qərara aldım. Biz əvvəlki kimi bütün səslərə qulaq asmağı və ATƏT-in Demokratik İnstitutlar və İnsan Hüquqları üzrə Bürosunun seçkilərlə bağlı tövsiyələtinin reallaşmasına yardımı təklif etməyə hazırıq".
Qeyd edək ki, ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanın Gürcüstana səfər planı müxalifət və eks-prezident Salome Zurabişvili tərəfindən tənqidlə qarşılanmışdı.
Hürr Tərcüman