AZ

MİDA Bakıda yeni yaşayış kompleksi tikəcək - Ev almaq istəyənlərin NƏZƏRİNƏ

Bakı. Trend:

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) yeni yaşayış kompleksinintikintisi ilə bağlı işlərə başlayır.

Trend-in əldəetdiyi məlumata görə, agentlik yeni yaşayış kompleksinin BakınınSuraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 5,83 hatorpaq sahəsində inşa edilməsini planlaşdırıb.

Məlumata görə, artıq MİDA yaşayış kompleksinin tikintisi iləəlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsininhazırlanması və müəllif nəzarətinin aparılması işləriniyekunlaşdırıb.

Agentlik sözügedən işlərin icrasını “Azin Construction” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqaviləbağlayıb.

Müqaviləyə əsasən, işlərin icrası ilə bağlı MMC-yə 589 410 manatödəniş edilib.

Qeyd edək ki, MİDA-nın müqavilə bağladığı “Azin Construction”MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50manat olan MMC-nin qanuni təmsilçisi Orucov Orxan Alxanoğludur.

Seçilən
58
7
az.trend.az

8Mənbələr