AZ

Tacikistan Prezidenti Yeni ildə xalqa müraciət etməyib

1994-cü ildən ölkəyə rəhbərlik edən Tacikistan prezidenti Emoməli Rahmon ilk dəfə olaraq vətəndaşlarını qarşıdan gələn 2025-ci il Yeni il münasibətilə təbrik etməyib.

"Operatv Media" xəbər verir ki, bu barədə Tacikistan mətbuatı məlumat yayıb.

2024-cü il dekabrın 31-də respublika telekanalları Tacikistan Respublikasının rəhbərinin bayram videomüraciətini yayımlamayıb. Bundan əlavə, təbrikin mətn variantı onun rəsmi saytında dərc olunmayıb.

Məlumata görə, Tacikistan prezidentinin əvəzinə onun oğlu Rüstəm Emomali 2024-cü il yekunlarına dair dövlət başçısının adından danışıb.

Emoməli Rahmonun xalqa müraciət etməməsinin səbəbi açıqlanmayıb.

Seçilən
37
operativmedia.az

1Mənbələr