AZ

Tanınmış futbolçu Superliqa klubuna keçə bilər

Kolumbiya millisinin üzvü Xames Rodriqes "Rayo Valyekano"dan ayrılmağa hazırlaşır.

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, təcrübəli futbolçu Türkiyəyə yollanmaq niyyətindədir. Rodriqesin hazırda "Antalyaspor"la danışıq apardığı iddia olunur. 

33 yaşlı yarımmüdafiəçinin "Rayo Valyekano" ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. 

Superliqa təmsilçisi onun keçidini bu qış həll etməyə çalışır. 

saytlarin hazirlanmasi

Seçilən
90
10
sportal.az

10Mənbələr