AZ

Türkiyədə pişiklərlə insanlar arasındakı bağ – SİRR AÇIQLANDI – FOTOLAR

Harvard məzunu həkim və tibb antropoloqu Gideon Lasko Türkiyədə pişiklərin cəmiyyətlə bənzərsiz əlaqəsini müşahidə edib və ZME Science-da onun mədəni kökləri haqqında yazıb.

Medianews.az “NTV”yə istinadən xəbər verir ki, Laskonun məqaləsində Osmanlı İmperiyasından günümüzə qədər pişiklərin hekayəsi, İslamdakı yeri və müstəqil ruhlarının insanlarla qurduğu bağdan bəhs edilib.

Sahibsiz pişiklərin Türkiyənin hər yerində sərbəst gəzdiyini və insanların onları övladlığa götürdüyünü ifadə edən Lasko bildirib ki, pişiklər təkcə küçələrdə deyil, restoranlarda, hotellərdə, hətta məscidlərdə də hərarətlə qəbul edilir.

O, İstanbulda bir imamın pişiklərin məscidə girməsinə icazə verdiyini və onlara tolerant məkan yaratdığını bildirib. İslamın pişik sevgisində mühüm rol oynadığını ifadə edən Lasko deyib ki, Hz. Məhəmmədin pişiklərə olan sevgisi haqqında rəvayətlər bu mədəni bağın əsaslarından biridir.

Osmanlı dövründə gəmiricilərlə mübarizədə pişiklərin əvəzolunmaz yeri olduğunu bildirən Lasko, tarixçi Əkrəm Buğra Ekincinin araşdırmasına əsaslanaraq, o dövrdə pişik xəstəxanaları və bağçaların olduğunu bildirib.

O, İstanbulun yazılı mənbələrinə böyük sahibsiz pişik populyasiyalarının xalq tərəfindən bəslənildiyi və qorunduğuna dair məlumatları da daxil edib.

2023-cü ildə Maraş və Hatay zəlzələlərinə toxunan Lasko, dağıntılar altında qalan pişikləri xilas etmək üçün türk xalqının göstərdiyi səyləri və bu xeyirxahlığa görə pişiklərin səssiz minnətdarlığını misal çəkib. Xilasedicilərini heç vaxt tərk etməyən pişiklərin hekayələri insanlar və heyvanlar arasındakı bağın nə qədər dərin olduğunu ortaya qoyub.

Lasko tarix boyu pişiklərə yanaşmanın hər bir cəmiyyətdə fərqli olduğunu vurğulayıb. Orta əsrlər Avropasında pişiklərin şeytanla əlaqəsi və onların öldürülməsi Qara Ölüm kimi epidemiyaların yayılmasına səbəb ola bilər. Lakin Türkiyədə pişiklərin müstəqilliyinə hörmət onları cəmiyyətin vazkeçilməz hissəsinə çevirib.

“Bu yazını Doğubayazıtda, ətrafımda iki pişiyin gəzdiyi kafedə yazdım” deyən Lasko, Türkiyədən getsə də, yaşadığı təcrübələrin və qarşılaşdığı pişiklərin yaddaşında dərin iz buraxdığını bildirib.

Seçilən
69
medianews.az

1Mənbələr