Bakı. Trend:
Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə regional direktoruHans Henri Kluge Prezident İlham Əliyevə başsağlığı məktubuünvanlayıb.
Trend xəbərverir ki, məktubda deyilir:
"Dekabrın 25-də baş vermiş təyyarə qəzası nəticəsində insantələfatı xəbəri məni dərindən kədərləndirdi. Zati-alinizə, həlakolan həmvətənlərinizin ailə üzvlərinə dərin hüznlə başsağlığıverirəm.
Mənim qəlbim Azərbaycan xalqının yanındadır. Qəzadayaralananların tezliklə şəfa tapmalarını diləyirəm.
Mən Sizinlə və Azərbaycan vətəndaşları ilə birgə bu kədəribölüşürəm.
Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahişedirəm".