AZ

İranla Rusiya hərbi əməkdaşlıq razılaşması imzalayacaqlar

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi Rusiya Federasiyası ilə müqaviləyə müdafiə məsələlərinin də daxil ediləcəyini təsdiqləyib.

İran XİN-in rəsmi təmsilisi İsmayıl Bəqai iki ölkə arasında imzalanması nəzərdə tutulan hərtərəfli strateji əməkdaşlıq sazişinə müdafiə və təhlükəsizlik məsələlərinin də daxil ediləcəyini xəbər verib. 

Diplomat jurnalistlərə açıqlamasında deyib: "İran ilə Rusiya arasında əməkdaşlıq barəsində razılaşmanın müxtəlif aspektləri var. Onun mühüm hissəsini ticarət və iqtisadiyyat, energetika, müdafiə və təhlükəsizlik məsələləri təşkil edir. Bu razılaşma artıq 2001-ci ildən bəri mövcud olan müqaviləni yeniləyəcək və tamamlayacaq".

Qeyd edək ki, 2001-ci ildə Moskva ilə Tehran arasında qarşılıqlı münasibət və əməkdaşlığın əsasları barəsində saziş imzalanıb. Bəqainin sözlərinə görə, "son 20-30 ildə İran ilə Rusiya arasında əməkdaşlığın həcmi xeyli genişlənib və buna görə də sənədi yeniləmək zərurəti yaranıb".

İran İslam Respublikasının RF-dəki səfiri Kazım Cəlali Rusiya-İran sazişinin 2025-ci il yanvarın 27-də, prezidentlərin danışıqları zamanı imzalanacağını xəbər verib.

Hürr Tərcüman

 

Seçilən
39
hurriyyet.az

1Mənbələr